İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının II konfransının iştirakçıları BDU-ni ziyarət etdilər

22/04/2009

Aprelin 22-də Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr otağında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının II konfransının iştirakçıları ilə görüş keçirildi.Tədbiri açan rektor, akademik Abel Məhərrəmov İƏT üzv ölkələri Milli Kitabxanaları Direktorlar Şurasının baş katibi, İran İslam Respublikasının Milli Kitabxana və Arxiv Təşkilatının direktoru, İran İslam Respublikası Prezidentinin Mədəniyyət məsələləri üzrə müşaviri Əli Əkbər Aşarini, İƏT-in Mədəniyyət İnstitutunun Prezidenti Məhəmməd Rəcəbini, Türkmənistan Milli Kitabxanasının direktoru Orazgözəl Məhəmmədquliyevanı, Tacikistan Milli Kitabxanasının direktoru Şərif Toşevi, Pakistan Milli Kitabxanasının direktor müavini Syed Ghyour Hüseyn Sabazvarini, İran İslam Respublikasının Milli Kitabxana və Milli Arxiv təşkilatının direktor müavini Həbibullah Əzimini, İƏT-in Mədəniyyət İnstitutunun İcraçı direktoru Hafiz Məhəmməd Cəmil Ovaisini, İran İslam Respublikasının Milli Kitabxana və Milli Arxiv Təşkilatının Beynəlxalq Əlaqələr Şöbəsinin Ümumi direktoru Hamidi Yarini, İƏT-in Mədəniyyət İnstitutunun Mərkəzi Asiya üzrə mədəniyyət eksperti Şomansur Xucayevi, İran Milli Kitabxanası Sharabi Farahani Rezani salamlayaraq belə bir görüşün 90 illik tarixi ənənələri olan Bakı Dövlət Universitetində baş tutmasını önəmli hadisə hesab etdiyini bildirdi. Rektor, Universitetin İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilən layihələrə dəstək verdiyini xatırlatdı. İstənilən bir dövlətdə təhsilin səviyyəsini artırmaq üçün üç amilin - tələbə, müəllim və kitabxananın əsas olduğunu qeyd edərək, belə görüşlərin Bakının İslam Mədəniyyətinin Mərkəzi elan edildiyi bir ərəfədə baş tutmasını uğurlu hal hesab etdiyini bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər - İran İslam Respublikası Prezidentinin Mədəniyyət məsələləri üzrə müşaviri Əli Əkbər Aşari, İƏT-in Mədəniyyət İnstitutunun Prezidenti Məhəmməd Rəcəbi, Pakistan Milli Kitabxanasının direktor müavini Syed Ghyour Hüseyn Sabazvari, İƏT üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının sədri, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Taxirov, Universitetin Kitabxanaşünaslıq fakültəsinin qurucusu, professor Abuzər Xələfov, belə görüşlərin intensivləşməsi üçün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müştərək kitabxanalarının yaradılmasını, onların İKT-nın tələbləri səviyyəsində, müasir avadanlıqlarla təçhizatını, kitabların və kitabxana işçilərinin mübadiləsinin vacibliyini vurquladılar.
Görüşün sonunda qonaqlar universitetin Elmi Kitabxanası, müxtəlif kafedra, laboratoriya və auditoriyaları, Elmi Mərkəz və Virtual Universitetlə tanış oldular.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025