Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi başa çatıb

31/07/2025

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi başa çatıb.

Yay düşərgəsinin son günündə iştirakçılar BDU-nun magistri Mirhüseyn Tağıyevin "Konstitusiya və gənclik: Müasir çağırışlara hüquqi cavab" adlı təlimində iştirak ediblər. Təlimdə beynəlxalq münasibətlər sferasında siyasi realizm, klassik realizm və liberalizm kimi nəzəri yanaşmaların dövlətlərin xarici siyasətinə təsiri ətraflı təhlil olunub. Nəzəri yanaşmaların daha yaxşı anlaşılması üçün məntiqi nəticə çıxarma üsulları – deduksiya və induksiya da izah edilib.

Bağlanış mərasimində iştirakçılar düşərgədə aktiv fəaliyyət göstərdikləri üçün hədiyyə və sertifikatlarla təltif olunublar. Mərasimin sonunda tələbələr və kiçikyaşlı iştirakçılar düşərgə ilə bağlı təəssüratlarını bölüşüblər.

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026