Qubada Yay düşərgəsinin iştirakçıları üçün "Tarixin müəmmaları" adlı təlim

31/07/2025

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin iştirakçıları üçün tarixçi-tədqiqatçı Araz Şəhrlinin "Tarixin müəmmaları" adlı təlimi keçirilib.

Təlim zamanı Azərbaycan tarixinin formalaşma mərhələləri, qədimdən günümüzə qədər baş verən mühüm ictimai-siyasi hadisələr müqayisəli yanaşmalarla təhlil edilib. Təlimin əvvəlində milli kimliyin formalaşması, Vətən anlayışı, bu anlayışların tarixi proseslərdəki inkişafı geniş müzakirə olunub.

Təlimdə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin –  Albaniya, Atropatena, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və xanlıqlar dövrünün tarixi, ictimai quruluşları, daxili və xarici siyasətləri haqqında məlumatlar təqdim edilib. Bu dövlətlərin tarixi haqqında yazan müəlliflərin əsərləri müqayisəli təhlil olunub. Səfəvi ordeninin yaranması, ideoloji əsasları və siyasi təsirləri ilə bağlı ətraflı məlumat verilib. Təlimdə rusların Azərbaycan ərazisinə yürüşləri, bunun tarixi nəticələri və bölgədə yaratdığı dəyişikliklər də diqqət mərkəzində olub.

Sessiya zamanı iştirakçılara etnonimlər və toponimlərlə bağlı maraqlı tarixi faktlar da  təqdim olunub, terminlərin mənşəyi və onların formalaşma tarixi barədə maraqlı müzakirələr aparılıb.

 

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026