Rektor Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfirini qəbul edib

07/12/2010

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuki Vatanabeni qəbul edib. BDU haqqında səfirə məlumat verən rektor, əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Məlum olub ki, bu ölkənin ali təhsil ocaqları, xüsusən də Qumma Universiteti ilə BDU-nun xüsusi əməkdaşlığı var. 2000-ci ildən Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatı ixtisasının açıldığını bildirən rektor, hazırda bu dil üzrə 37 bakalavr və 2 magistrin təhsil aldığını, ümumilikdə isə indiyədək 61 bakalavr və 9 magistrin hazırlandığını qeyd edib. Akademik Abel Məhərrəmov tələbələrə dərsləri fakültənin yetirmələri olan məzunların keçdiyini, BDU-da yapon dili üzrə yeni elmi məktəbin formalaşdığını səfirin diqqətinə çatdırıb.

Səfirlə görüşün münasibətlərə yeni impuls olacağını vurğulayan rektor universitetlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Onu da söyləyib ki, təkcə yapon dili və ədəbiyyatı üzrə mütəxəssis hazırlamaqla işi bitirmək olmaz, eyni zamanda mikrobiologiya, biokimya, informatika, riyaziyyat sahəsində də əməkdaşlıq etmək lazımdır.

Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir Şusuki Vatanabeni Yaponiyada azərbaycanlı tələbələrin sayının artırılmasında, universitetlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Sonda səfir şərqşünaslıq fakültəsinin yapon dili üzrə təhsil alan bir qrup tələbəsi ilə söhbət edib, onların dili mənimsəmə səviyyəsindən və hazırlıqlarından məmnun qalıb.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU ilə Türkiyənin İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Türkiyənin İstanbul Nişantaşı Universiteti arasında anlaşma memorandumu imzalanıb
29/12/2025

BDU-nun Astrofizika kafedrası: “Yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Yanvarın əvvəlində Kvadrantid meteor yağışı müşahidə olunacaq”
29/12/2025

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb
29/12/2025