Rektor apellyasiya şikayəti verən tələbələrlə görüşüb

22/02/2011

Rektor, akademik Abel Məhərrəmovun müvafiq əmrinə əsasən yanvar ayının 6-da başlayan və 31-də başa çatan qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüş keçirilib. Rektor tərəfindən qəbul edilən tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. Akademik Abel Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətlərinin çox ağır olacağını xüsusi vurğulayıb.

Mətbuat və İnformasiya şöbəsi, 22 fevral 2011-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026