Rektor BDU könüllüləri ilə görüşüb

30/06/2015

Bu gün BDU-da Bakı 2015 Birinci Avropa oyunlarında könüllü kimi iştirak edən universitetin 3000 tələbəsi ilə görüş keçirilib.

Rektor, akademik Abel Məhərrəmov təbiət və humanitar fakültələrin tələbələrini ayrı-ayrılıqda qəbul edib və oyunların yüksək səviyyədə keçirilməsində onların xüsusi xidmətlərini qeyd edərək təşəkkürünü bildirib.

Prezident İlham Əliyevin I Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdəki çıxışında könüllüləri əməyinə verdiyi yüsək dəyərdən, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışan rektor bildirib ki, bu oyunlar könüllülər üçün təcrübə olmaqla yanaşı, gələcək karyeralarının qurulmasında öz sözünü deyəcək.

Rektor təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini onların diqqətinə çatdırdıqdan sonra problemlərini dinləyib və müvafiq tapşırıqlarını verib.

Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini bildirib, şifahi qaydada olacağını diqqətə çatdırıb. Tələbələrin çoxsaylı suallarından sonra görüş yüksək əhval-ruhiyyədə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 30 iyun 2015-ci il.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025