Rektor Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq, Filologiya fakültələrində imtahan prosesini izləyib

07/01/2011

Xəbər verdiyimiz kimi, rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, dünəndən universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

Qeyd edək ki, hər gün saat 9.00-da imtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü keçirilir və bölgü başa çatdıqdan sonra rektor, akademik Abel Məhərrəmov  imtahan keçirilən auditoriyalarda olur. Dünən Fizika və Biologiya fakültəsinin  tələbələrinin imtahan prosesini izləyən rektor, bu gün Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq və Filologiya fakültələrində olub. Cinayət hüququ, Beynəlxalq hüquq, Dünya iqtisadiyyatı, Rus dili və ədəbiyyatı fənlərindən imtahan verən I, III və IV kurs tələbələri ilə söhbət söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.

Rektor yazılı (monitorinq) və test üsulu ilə imtahan verən tələbələrə uğurlar arzulayıb, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Qeyd edək ki, universitetin hər korpusunda şikayət, təklif və iradlar üçün qutular qoyulub, «Qaynar xətt» yaradılıb.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026