Rektor bir qrup tələbə ilə görüşüb

04/01/2019

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə görüşüb.

Firudin Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsindən bəhs edib. Firudin Qurbanov ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb, vətənə, dövlətə sədaqətlə xidmətin və milli-mənəvi dəyərlərə hörmətin önəmini xüsusi vurğulayıb.
Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan Firudin Qurbanov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişlərin daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Eyni zamanda tələbələri universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində daha fəal olmağa çağırıb.
Sonda tələbələrin arzu və istəkləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Firudin Qurbanov onların suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 04 yanvar 2019-cu il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025