Rektor Fizika, Şərqşünaslıq Sosial elmlər və Psixologiya, Kitabxanaçılıq və informasiya fakültələrinin kollektivi ilə görüşüb

16/05/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Fizika, Şərqşünaslıq Sosial elmlər və Psixologiya, Kitabxanaçılıq və informasiya fakültələrininkollektivi ilə görüşüb. Rektor universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən, cari və perspektiv fəaliyyət proqramından danışıb. Dekan, kafedra müdiri, professor və müəllimlərin seçkisi və boş olan vəzifələri tutmaq üçün elan edilmiş müsabiqə haqqında məlumat verən rektor tədrisin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərin və elmi-tədqiqatların gücləndirilməsi barədə fikirlərini aşıqlayıb, elmi konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.

Fakültələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, universitetdə nəşr edilən elmi jurnalların optimallaşdırılması istiqamətində perspektiv planlardan danışan rektor universitetin 100 illik yubileyə hazırlıq prosesi barədə də məlumat verib.

Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.


Mətbuat və informasiya şöbəsi, 16 may 2019-cu il.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024