Rektor Jurnalistika, Kitabxanaçılıq-informasiya, Sosial elmlər və psixologiya fakültələrinin birinci kurs tələbələri ilə görüşüb

26/10/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin Jurnalistika, Kitabxanaçılıq-informasiya, Sosial elmlər və psixologiya fakültələrinin birinci kurs tələbələri ilə görüşüb.Tədbirdə prorektorlar, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib. Rektor universitetin tarixi, inkişaf mərhələlərindən danışıb. Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor BDU-nun tələbəsi adını qazanmağın hər bir gənc üçün böyük şərəf olduğunu qeyd edib.Akademik həmçinin bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfərin qəbul edildiyini bildirib. Rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin BDU olduğunu və Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfərin universitet tələbələri olduğunu söyləyib.

Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələrə diqqətlə yanaşmağı tapşırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024