Rektor qış imtahan sessiyasının gedişini izləyib
Bu gün rektor, akademik Abel Məhərrəmov və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva Sosial elmlər və psixologiya, Tarix və Biologiya fakültələrinin imtahan verən tələbələri ilə görüşüblər. İmtahanın gedişi ilə maraqlanan rektor, tələbələrlə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. Tələbələr suallardan və imtahanın gedişindən razılıq ifadə edib, onun təşkili və qiymətləndirmənin obyektiv olduğunun qeyd ediblər. Müvafiq tövsiyyələrini verən nəticədən narazı qalan tələbənin apellyasiya komissiyasına müraciət etmək hüququnun olduğunu bildirib, onlara uğurlar arzulayıb.
Tələbələrin imtahanlarla bağlı fikirləri:
Ramilə Bayraməva
SEP, III kurs
Bu gün xarici ölkələrin psixologiya tarixi fənnindən imtahanım verirəm. BDU-da oxuduğuma görə çox sevinirəm. İmtahanlardan narazılığım yoxdur, hər şey əla təşkil olunub.
Ahmet Hatırnaz
Tarix fakültəsi, II kurs
Politologiyadan imtahan verirəm. Sualları bilirəm və inanıramki, hər şey yaxşı olacaq.
Rzalı Dostu
Biologiya fakültəsi, III kurs
Biologiyanın tədrisi metodikasınan imtahan verirəm. Özümə əminəm. Şübhə etmirəm ki, obyektiv qiymət alacam.
Axundova Gülşən
SEP, III kurs
Bu gün psixologiya fənnindən imhtahan verirəm. İmtahanların gedişatından çox razıyam. Bütün gün oxuyuruq, hazırlaşırıq. Qiymətlərim pis deyil. Bu dəfə də yaxşı olacağına inanıram.
Dadaşova Aidə
Biologiya fakültəsi, III kurs
Entimologiya fənnindən imtahav verirəm. İmtahanlardan razıyam. İnanıram ki, budəfəki qiymətim də məni qane edəcək.
Əlizadə Aysel
Biologiya fakültəsi, III kurs
Mikrobiologiyadan imtahan verirəm.. Qiyməti ancaq oxumaqla qazanmağın mümkün olduğunu bilirik və buna görə də köçürmə halları və ya başqa neqativ hərəkətlərlər, demək olar ki, yoxdur.
Mətbuat və İnformasiya şöbəsi, 17 yanvar 2013-cü il.