Rektor Tətbiqi Riyaziyyat və Kibernetika, Ekologiya və Torpaqşünaslıq, İlahiyyat fakültələrinin birinci kurs tələbələri ilə görüşüb

01/11/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin  Tətbiqi Riyaziyyat və Kibernetika, Ekologiya və Torpaqşünaslıq, İlahiyyat fakültələrinin birinci kurs tələbələri ilə görüşüb.Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Rektor universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə danışıb. Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor BDU-nun tələbəsi adını qazanmağın hər bir gənc üçün böyük şərəf olduğunu qeyd edib. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları haqqında danışan rektorun sözlərinə görə respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşüb.

Tələbələrin suallarını cavablandıran rektor onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2017-ci il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür
28/09/2023

2023/2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları ilə 8 nəfər BDU-da təhsil alacaq

2023/2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları ilə 8 nəfər BDU-da təhsil alacaq
28/09/2023

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində qazi məzunla görüş

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində qazi məzunla görüş
28/09/2023