Rektor xarici tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb

27/06/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetdə keçirilən yay imtahan sessiyasının gedişatı ilə maraqlanıb. Rektor  imtahanla bağlı tələbələrin fikirlərini öyrənib. Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildiriblər. Rektor həmçinin tələbələrə onların biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Qərargah və Apellyasiya Komissiyasının yaradıldığını xatırladıb, nəticələrindən narazı qaldığı təqdirdə Komissiyaya müraciət etməyi məsləhət görüb. Qeyd edək ki, iyunun 3-də başlayan imtahan sessiyası iyulun 2-də sona çatacaq.

Rektor Elçin Babayev həmçinin Bakı Dövlət Universitetində təhsil alan xarici tələbələri qəbul edib. Tələbələrin problemləri, çətinlikləri, imtahan sessiyası ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib. Görüşdə rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2019-cu il.

Xəbərlər

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü
08/10/2026