“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib

06/05/2015

Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş magistrant, doktorant və gənc tədqiqatçıların “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.  Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə açaraq Azərbaycanın gələcək inkişafı üçün vacib strategiyanın, vahid elm-təhsil siyasətinin təməllərinin yaradılmasında, elm və təhsilin dünya səviyyəsinə istiqamətləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.   Qeyd edək ki, konfrasın keçirilməsində əsas məqsəd tətbiqi riyaziyyat sahəsində prioritet məsələləri üzə çıxarmaq, informasiya texnologiyalarının sürətli inkişafını və iqtisadi tədqiqat işlərinin müasir elmin tələblərinə uyğun istiqamətləndirmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etməkdir.

Mətbuat və informasiya şöbəsi 06 may 2015-ci il.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026