BDU-nun dünyanın ən böyük robot festivalı olan “Robotex Türkiyə”də möhtəşəm uğuru: 7 komandamızın hamısı qalibdir!

21/04/2024

Bakı Dövlət Universiteti (BDU) 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb.
BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub.

Belə ki, BDU-nun 2 komandası ( “85 Games Studio və “Humantek”) yarışmada I, 2 komandası (“Bilig” və “Bradenburg”) II, 3 komandası isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.

Bu dəfə “Robotex” yarışmasında "Yaşıl sahibkarlıq" kateqoriyasında I yerə layiq görülən “Humantek” komandasının layihəsi ötən il Türkiyədə keçirilən “TEKNOFEST 2023”də III yeri qazanıb.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Bu böyük qələbə münasibətilə BDU-nun qalib komandalarını və bütün Universitet kollektivini təbrik edirik!

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026