BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə bağlı Beynəlxalq elmi konfrans keçiriləcək

05/12/2022

Dekabrın 14-15-də Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” (“Azerbaijani oriental studies in the context of East-West scientific-cultural and socio-political dialogue”) adlı Beynəlxalq elmi konfrans keçiriləcək.

XX əsrin əvvəllərində Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda şərqşünas kadrlara böyük ehtiyac yarandığından BDU-nun təsisi zamanı yaradılan fakültələrin tərkibində Şərq şöbəsi nəzərdə tutulub. 1922-ci ildən isə şöbə Şərqşünaslıq fakültəsi kimi fəaliyyət başlayıb.

Fakültənin fəaliyyət göstərdiyi yüz il ərzində böyük tədris və təhsil ənənəsinə malik Şərqşünaslıq fakültəsi Azərbaycan elmi, diplomatiyası, təhsili üçün çoxsaylı şərqşünas-mütəxəssislər və tərcüməçi-filoloqlar yetişdirib.

Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Pakistan, İraq, Polşa və s. ölkələrdən tanınmış alim və şərqşünasların qatılacağı konfransda “Azərbaycanla Şərq ölkələri arasında mədəni əlaqələr”, “Şərq xalqlarının yazılı abidələri”, “Orta əsr şərq ədəbiyyatı”, “Müasir Şərq ədəbiyyatı”, “Türkologiyanın aktual problemləri”, “Türk dünyasının elmi-mədəni əlaqələri”, “Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri”, “Şərq ölkələrinin mədəniyyətləri, dil və üslub problemləri”, “Tərcümənin nəzəri və praktiki problemləri”, “Multikultural siyasət və mədəni dəyərlər”, “Müharibədən sonrakı dövrdə Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin bərpası”, “Şərq-Qərb: tarixilik və müasirlik”, “Heydər Əliyev və Yaxın Şərqin ərəb ölkələri” kimi mövzular üzrə elmi tezislər əsasında çıxışlar ediləcək.

Beynəlxalq konfrans bu istiqamətdə mövcud elmi biliklərin mübadiləsi baxımından əhəmiyyətli olacaq.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026