Şərqşünaslıq fakültəsində elmi-praktiki sessiya keçirilib

16/05/2019

Şərqşünaslıq fakültəsinin dekanlığı və İran filologiyası kafedrasının birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi ilə bağlı
“Şərqşünaslıq fakültəsinin görkəmli alimləri” tədbirləri çərçivəsində professor Həsən Şıxmahmud oğlu Mahmudovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş elmi-praktiki sessiya təşkil olunub. Tədbirdə dekan professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov tanınmış alimin həyat və elmi fəaliyyətinə dair məruzələrlə çıxış ediblər. Elmi-praktiki sessiyada 1960-70-ci illərdə 13 il dekan vəzifəsində Şərqşünaslıq fakültəsinə lrəhbərlik etmiş Həsən Mahmudov haqqında onu tanıyanlar, dostları, müəllim həmkarları və tələbələri ən xoş sözləri dilə gətiriblər. Milli Azərbaycan Tarixi Muzeyi “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, professor Əli Rəcəbli, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fərzəliyev, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Komparativistika və bədii tərcümə”şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və başqalarının alim haqqında unudulmaz və kövrək xatirələri dinlənilib. Görkəmli iranşünasın yüksək insani keyfiyyətlərə malik olması, alim və pedaqoq kimi nüfuzunun ölkə hüdudlarını aşması natiqlər tərəfindən xüsusi vurğulanıb.Professor Həsən Mahmudovun elmi-pedaqoji və idarəçilik fəaliyyətini əks etdirən film-slayd nümayiş olunub.
Elmi-praktiki sessiyanın sonunda görkəmli alimin qızı, İran filologiyası kafedrasının dosenti Leyla Mahmudova ailəsi adından tədbirin yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə edib və təşkilatçılara dərin minnətdarlığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 16 may 2019-cu il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024