Şərqşünaslıq fakültəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Şərq” adlı tədbir keçirib

15/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Şərq” adlı onlayn tədbir keçirilib.

Tədbiri Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Şərq ölkələri ilə münasibətlərin qurulmasında rolu, əlaqələrin tarixi, dahi şəxsiyyətin diplomatik sferada olan geniş və misilsiz fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti ilə bağlı fakültə əməkdaşlarının məruzələri dinlənilib. Fakültənin İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova, Türk filologiyası kafedrasının professoru Rüfət Rüstəmov, Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, İran filologiyası kafedrasının müəllimi Eldost İbrahimov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar səsləndiriblər.

Çıxışlarda Ulu Öndərin siyasi fəaliyyəti, ensiklopedik zəka sahibi olması, onun elm və təhsilə olan qayğısı, müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasındakı fəaliyyəti, Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən xarici siyasət konsepsiyasını həyata keçirilməsi, çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə qardaşlıq və dostluq əlaqələri qurmasından bəhs edilib.

Tədbir birinci kurs tələbələrinin Heydər Əliyevin gənclər siyasəti sahəsində olan fəaliyyəti haqqında çıxışları ilə başa çatıb.

 

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024