Şərqşünaslıq fakültəsinin elmi hesabatı dinlənilib

08/07/2020

İyulun 8-də Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 2020-ci ilin ilk yarım ili ərzindəki elmi və pedaqoji fəaliyyəti haqqında hesabatı dinlənilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır. Rektor BDU-nun elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən, bu sahədə universitetin bütün fakültə və kafedralarının qarşısında duran vəzifələrdən də danışıb. 

Onlayn iclasda Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, fakültə dekanı, dekan müavinləri, kafedraların müdirləri, professor-müəllim heyəti və doktorantlar iştirak edib.

Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli fakültənin elmi-təşkilati strukturu, kadrların elmi potensialı, professor-müəllim heyətinin elmi nəşrləri və elmi tədbirlərdə iştirakı, elmi-tədqiqat işlərinin səmərəliliyi barədə hesabatla çıxış edib. Şərqşünaslıq fakültəsinin altı aylıq elmi hesabatında çap olunmuş kitablar, müəllimlərin beynəlxalq konfranslarda əldə etdiyi sertifikatlar, fakültənin beynəlxalq ələqələri, seminarlar və təkliflər təqdim edilib. İclasda fakültənin professor-müəllim heyəti elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi fəaliyyət nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi, qrant əsasında yerinə yetirilən elmi-tədqiqat işləri barədə təkliflərlə çıxış ediblər.

Sonda hesabat iclas iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026