Şərqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

04/01/2019

Bakı DövlətUniversitetiŞərqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Elxan Əzizov Elmi Şuranın yeni heyətini təbrik edib, onlara gələcək elmi-pedaqoji fəaliyyətlərində uğurlar diləyib. Gündəlikdə duran məsələlər iştirakçıların diqqətinə çatdırıldıqdan sonra dekan fakültənin 2018-ci il üçün hesabatını təqdim edib. O, bildirib ki, hesabat ilində fakültənin əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda fəal iştirak edib, bir sıra xarici təhsil müəssisələrində elmi ezamiyyətlərdə olublar. 2018-ci ildə fakültədə 2 respublika elmi konfransı, ikisi beynəlxalq olmaqla, 6 elmi-praktik seminar keçirilib. Professor Elxan Əzizov qeyd edib ki, universitet şərqşünaslarının 2018-ci ildə 13 kitabı, respublika jurnallarında 124, Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda 24 məqaləsi və 12 tezisi çap olunub.

Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə elmi seminarlar təşkil olunub və istedadlı tələbələr həmin seminarların işinə cəlb edilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatları müxtəlif layihələrlə çıxış ediblər. Kafedralarda elmi işlərin yerinə yetirilməsinə xüsusi diqqət ayrılmış, fəlsəfə doktorluğu üzrə bir neçə dissertasiya işinin müzakirəsi keçirilib. Hər il gənc tədqiqatçı və magistrantların elmi konfransı, o cümlədən professor-müəllim heyətinin elmi seminarları təşkil olunur.

Daha sonra Elmi Şura üzvlərindən akademik Vasim Məmmədəliyev, professor Mehdi Kazımov, professor Rüfət Rüstəmov və professor Oqtay Cəlilbəyli müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Fakültənin elmi hesabatı Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub, cari məsələlər müzakirə edildikdən sonra Elmi Şuranın iclası başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 04 yanvar 2019-cu il.


Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026