Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

29/06/2010

BDU-nun Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş «Novruz-1» birinci fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər. Fakültənin fars dili və ədəbiyyatını öyrənən tələbələr və həvəskar dinləyicilər arasında keçirilən «Novruz-1» olimpiadası 4 qrup üzrə 3 mərhələdən ibarət olub. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, Novruz adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb.

Olimpiadada universitetin tələbələri ilə yanaşı, Xəzər və Bakı İslam Universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar adlı məktəbin tələbələri də iştirak ediblər. Müsabiqənin qalibi isə Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Həzrətəli Məmmədov olub. 2-ci yeri də BDU və digər universitetlərin tələbələri bölüşüblər. Müsabiqənin 17 nəfər qalibi 1 ay müddətində İran İslam Respublikasında olacaq, fars dili və ədəbiyyatını daha dərindən təkmilləşdirəcəklər.

Universitet tələbələrinin olimpiadada iştirakına və yüksək nəticə əldə etdiklərinə görə Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkürünü bildirib, rektora gələcək elmi və şəxsi həyatında müvəffəqiyyətlər diləyib. Qeyd edək ki, olimpiadanın münsiflər heyətində dosentlər - Tofiq Jahangirov, Əsmət Məmmədova, professor Təhminə Rüstəmova, Cavanşir Məmmədzadə və Aygün Əlizadə iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024