Rumıniyalı alim BDU tələbələrinə mühazirə oxuyub

06/12/2024

Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetinin Ədəbiyyat fakültəsinin professoru Ludmila Bejenaru Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub. Fakültə rəhbərliyi ilə görüşən qonaq hər iki universitet arasında elm və təhsil sahəsində əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib, xüsusilə filologiya elmləri sahəsində müəllim və tələbə mübadiləsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra professor Ludmila Bejenaru “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisası üzrə III kurs tələbələrinə mühazirə deyib. O, Alexandru İoan Cuza İasi Universitetinin tarixi, müəllim- tələbə kontingenti, burada təhsil, elmi tədqiqat imkanları haqqında geniş məlumat verib, dilçilik və ədəbiyyatşünaslıq sahəsində qarşılıqlı əməkdaşlığın həm tələbələr, həm də professor-müəllim heyəti üçün faydalı olacağına ümidvar olduğunu bildirib. Qeyd olunub ki, əsası 1860-cı ildə qoyulmuş Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində 25000  tələbə təhsil alır. Universitetdə 15 fakütədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında BDU ilə Alexandru İoan Cuza İasi Universiteti arasında imzalanmış “Erasmus” mübadilə protokolu əsasında hər iki ali təhsil müəssisəsi elm və təhsil sahəsindəki əməkdaşlığını uğurla davam etdirir.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026