Rus mərkəzinin təməli qoyuldu

28/08/2008

Avqustun 28-də «Rus fondu»nun sədr müavini Sergey Morqunov və onun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-nun ziyarətində oldu. Qonağı salamlayan akademik Abel Məhərrəmov universitenin tarixindən, keydiyi şərəfli yoldan və əldə etdiyi nailiyyətdən danışdı. Qonaq da öz növbəsində mərkəzi ofisi Moskvada yerləşən «Rus fondu»nun fəaliyyət prinsiplərindən və məqsədlərindən danışdı. Bəlli oldu ki, MDB-nin bir sıra dövlərində, xüsusən də orta Asiyada, Qazaxıstanda, Ermənistanda bölmələri fəaliyyət göstərən mərkəzin Bolqarıstanda və ABŞ-da da nümayəndəlikləri mövcuddur. Şərq və qərb dəyərlərinin sintezi istiqamətində addımlar atmaq niyyətində olan mərkəzin əsas məqsədlərindən biri də rus mədəniyyəti, elmi, iqtisadiyyatı və ictimai-siyasi fikir tarixi ilə bağlı fəaliyyət göstərdikləri bölgələri məlumatlandırmaqdır.

Bir növ rus mədəniyyətinin və mənəvi dəyərlərinin elçisi, təbliğatçısı missiyasının yerinə yetirmək arzusunda bulunan mərkəzin Bakı Dövlət Universitetində ofisini açmaq məqsədi də bununla bağlıdır. «Rus fondu»nun sədr müavini Sergey Morqinovun söhbətindən məlum oldu ki, Bakı Dövlət Universitetin yeni tədris korpusunda təməli qoyulan Rus Mərkəzinin texniki təchizatından tutmuş kadr potensialının maliyyələşməsini də mərkəz öz üzərinə götürür. Müasir elektron kitabxanaya məxsus olan mərkəzdə əsasən rus dili, tarixi və mədəniyyəti təbliğ olunacaq, yeni müasir metodik baza, konfrans zalı, müasir İnternet şəbəkəsi fəaliyyət göstərəcək. İnforamsiya, kommunakasiya və İnternet xərclərini belə öz üzərinə götürən mərkəz eyni zamanda Azərbaycan mədəniyyətinin fond vasitəsilə dünyada təbliğinə də yardımçı olacaq.

Qonağın bu xeyirxah təklifini və ideyasını dəstəkləyən rektor, akademik Abel Məhərrəmov universitet rəhbərliyi tərəfindən «Rus mərkəzi»nin fəaliyyəti üçün bütün şəraitin yaradılacağını qeyd edərək Sergey Morqunovu BDU-nun yeni tədris korpusu, rus mərkəzi, yeməkxana üzgüçülük komspeklsi, tennis kordu, «nüvə maqnit rezonansı» laboratoriyası və NANO araşdırmalar mərkəzi tanış etdi. Tanışlaqdan sonra söhbət yenidən beynəlxalq prorektorluqla davam etdi. Çay süfrəsi arxasında davam edən görüşdə rektor,universitetin fəxri qonaqlar üçün nəzərdə tutduğu hədiyyə və mükfatlardan «Rus fondu»nun sədr müavin Sergey Morqonova da təqdim etdi. Xatirə hədiyyəsinə görə təşəkkür edən qonaq və nümayəndə heyətinin üzvləri rektora geniş miqyası fəaliyyətində uğurlar arzuladılar.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024