Rus poeziyası gecəsi keçirilib

05/05/2017

Bakı Dövlət Universitetinin Rus mərkəzində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Rus poeziyası gecəsi keçirilib. Tədbiri Təbiət fakültələri üzrə rus dili kafedrası və Rus mərkəzinin rəhbəri Arzu Məmmədova təşkil edib. Tədbiri giriş sözü ilə Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov açıb. Bildirib ki, ulu öndər Heydər Əliyev istəyirdi ki, bizim gənclər Şekspiri ingilis dilində, Nizamini Azərbaycan dilində, Puşkini isə rus dilində oxusunlar.

Tədbirdə 20-dən çox birinci kurs tələbəsi iştirak edib. Fizika fakültəsinin tələbəsi Ruhanə Quliyeva,  Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Leyla Aslanovanın çıxışından Azərbaycan və rus şairlərinin əsərləri ifa edilib.

Mətbuat və informasiya şöbəsi, 05 may 2017-ci il

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
25/06/2026