Rusiya elmi jurnalı AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı haqqında məqaləsini dərc edib

19/11/2015

Rusiyada çıxan “Sovremennaya nauçnaya mısl” jurnalının 2015-ci il üçüncü nömrəsində tarix elmləri doktoru, BDU-nun kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı” adlı məqaləsi dərc edilib.

Yaqub Mahmudovun 25 səhifəlik məqaləsində 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktları ilə əlaqədar xalqımızın tarixinin rusiyalı oxucuya yetərincə məlum olmayan səhifəsi işıqlandırılıb. Müəllif göstərib ki, həmin dövrdə daşnaklar mübariz millətçilik bayrağı altında həm müstəqil erməni dövləti yaratmaq, həm də onun ardıcıl olaraq genişləndirərək “Böyük Ermənistan”a çevirmək xətti götürmüşdür. Özü də bu niyyətin təkcə ovaxtkı Osmanlı Türkiyəsi ərazisi hesabına deyil, həm də Azərbaycanın tarixi torpaqları hesabına həyata keçirilməsi nəzərdə tutulurdu. 1917-1920-ci illərdə Azərbaycanın dinc əhalisinin kütləvi şəkildə qırılması siyasətində, soyqırımı anlayışına tamamilə uyğun olan siyasətdə bu kurs başa çatdırıldı.

Məqalədə radikal millətçilər tərəfindən Azərbaycanın dinc əhalisinin kütləvi şəkildə qırılması mənzərəsi yaradılıb. Alim 1917-ci ilin axırlarında və 1918-ci ildə Zəngəzur qəzasında həyata keçirilmiş etnik təmizləmələrdən başlanan hadisələri təsvir edir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin təhrikçiliyi ilə Bakı, Şamaxı, Quba, Lənkəran və başqa bölgələrdə baş vermiş dramatik hadisələrə xüsusi diqqət yetirilir, göstərilir ki, bu hadisələr zamanı daşnaklarla bolşeviklər arasında sıx əlaqə olması üzə çıxıb. Yaqub Mahmudov 1918-1920-ci illərdə Zəngəzur, Dərələyəz, Qarabağ, Şuşa, Yeni Bayazid, Yerevan və başqa bölgələrdə törədilmiş iri miqyaslı terrorun mənzərəsini təsvir edib.

“Sovremennaya nauçnaya mısl” nəşri Rusiya Elmi Sitatlar İndeksi (RESİ) sisteminə indeksləmə üçün daxil edilib. RESİ məlumat bazası həm alimlərin və elmi təşkilatların əsərlərindən sitatlar gətirilməsi əsasında onların qiymətləndirilməsi üçün bir vasitə, həm də Rusiyada dərc edilən dövri elmi nəşrlər barədə nüfuzlu biblioqrafik məlumat mənbəyi funksiyasını yerinə yetirir.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2015-ci il.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024