Rusiya Elmlər Akademiyasının Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvi və fiziki kimya İnstitutu ilə əməkdaşlıq memorandumu imzalanıb

04/11/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvi və fiziki kimya institutunun direktor müavini, kimya elmləri doktoru, professor İqor Anatolyeviç Litvinovla görüşüb. Görüşdə Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyasının Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvi və fiziki kimya İnstitutu arasında iktərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub və müvafiq əməkdaşlıq memorandumu imzalanıb. Rektor Abel Məhərrəmov və professor İqor Anatolyeviçin imzaladığı memoranduma əsasən rentgen struktur analiz sahəsində birgə elmi tədqiqatlar, müştərək layihələr üzrə elmi araşdırmaların aparılması, müəllim və tələbə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak nəzərdə tutulur. Sonra professor fizika və kimya fakültəsinin müəllim, tələbə heyəti qarşısında mühazirə oxuyub. BDU ilə tanış olan professor nano tədqiqatlar, rentgen struktur sahəsində aparılan tədqiqat işlərini yüksək qiymətləndirib, universitet alimlərinin bu istiqamətdə beynəlxalq səviyyəli işlər apardığını qeyd edib.

Mətbuat və informasiya şöbəsi, 04 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da xərçəngin genomu və diaqnostikasına dair elmi seminar

BDU-da xərçəngin genomu və diaqnostikasına dair elmi seminar
02/06/2023

BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub

BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub
02/06/2023

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb
01/06/2023