Rusiyalı alim Tarix fakültəsində olub

01/12/2017

Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Yuryeviç Kuznetsov BDU-nun Tarix fakültəsinin qonağı olub. Dekan Azad Rzayev qonağı salamlayıb və fakültənin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Qonaq, öz növbəsində, son illər həyata keçirdiyi layihələr, o cümlədən elmi fəaliyyəti barədə ətraflı məlumat verib və Tarix fakültəsi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biri olan Oleq Kuznetsov 150-dən çox elmi əsərin, beş tədris vəsaiti, elmi broşuraların, aparıcı elmi jurnallarda 35 elmi məqalənin müəllifidir. Onun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı isə 2016-cı ildə çap olunub.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026