Sabah BDU-da 2021/2022-ci tədris ilinin yaz semestri başlayır

15/02/2022

Sabah Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz semestri başlayır.

Elmi Şuranın qərarına əsasən, yaz semestri payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil ediləcək.

Pandemiya şəraitini nəzərə alaraq, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.

BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməkxanalarda COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirici poster, nişan və göstəricilər yerləşdirilib, giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilib.

Qeyd edək ki, BDU-nun 16 fakültəsində 24 mindən artıq tələbə təhsil alır.

https://www.youtube.com/watch?v=z2S9-N5DU70

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026