SABAH bilik yarışmasının birinci turu başa çatıb

04/03/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışmasının birinci mərhələsi başa çatıb.  Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.

Bilik yarışmasının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkara çıxarılması, stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirməsi, müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə SABAH qruplarında təhsil alan tələbələrin qarşılıqlı inteqrasiyasıdır.

Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Uiversiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək SABAH qrupları tələbəsi iştirak edib. Ötən il ilə müqayisədə bu il iştirakçıların sayı xeyli artıb.

Bilik yarışması Təhsil Nazirliyi, SABAH qrupları layihəsinin əməkdaşları, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, uyğun ixtisaslar üzrə mütəxəssislər (akademik heyət), həmçinin SABAH könüllülərinin dəstəyi ilə təşkil olunub.

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, riyaziyyat üzrə 45, müəllimlik üzrə 97, informasiya texnologiyaları üzrə 25 yarış iştirakçısı ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

Bilik yarışmasının növbəti və final mərhələlərinin cari ilin 11 - 15 mart tarixlərində keçirilməsi nəzərdə tutulur.

edu.gov.az

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026