“SABAH” qrupları üçün səviyyə imtahanı

17/09/2014

Bu gün Bakı Dövlət Universitetində “SABAH” qruplarına qəbul olan tələbələrin ingilis dili üzrə səviyyə imtahanı keçirilib. İmtahanda BDU-nun “SABAH” qruplarına daxil olan 213 nəfər tələbəsi ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin hər birindən 30 tələbə olmaqla, ümumilikdə 273 tələbə iştirak edib. İmtahan British Council tərəfindən keçirilib, eyni zamanda, prosesi BDU nəzdində yaradılan “SABAH” mərkəzinin nümayəndələri də izləyiblər. İmtahan nəticələrinə görə tələbələr aidiyyatı qruplara bölünəcəklər.

Mətbuat və informasiya şöbəsi, 17 sentyabr 2014-cü il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026