“SABAH” qrupları tələbələri beynəlxalq konfransda

29/04/2016

Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş Gənc Tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçirilib. Konfransa Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İngiltərə, Hindistan, İndoneziya, Almaniya, Özbəkistandan, o cümlədən respublikanın, bütün ali təhsil müəssisələrindən yüzlərlə gənc tədqiqatçılar qatılıb. Bakı Dövlət Universiteti SABAH qrupları Azərbaycan dili və ədəbiyyatı ixtisasının AM 101 qrup tələbələri də filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarovanın rəhbərliyi ilə konfransda iştirak ediblər. Yeganə Xanlarova (“Musa Yaqub poeziyasında təbiət və cəmiyyət”), Aysel Ələkbərzadə (“XX əsrin 60-90-cı illərində Azərbaycan poeziyasında türkçülük”), Türkan İsmayılbəyli (“Xəlil Rza Ulutürk poeziyasında türkçülük ideyaları”), Xəyalə Kazımova (“Uşaq ədəbiyyatı, teatr və mənəvi tərbiyə məsələsinə dair”), Şəfa Əmirli (“Sonet lirik janr kimi”) etdikləri maraqlı elmi məruzələrlə universiteti layiqincə təmsil ediblər. Uğurlu çıxışlarına görə tələbələrin hər biri təşkilat komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 29 Aprel 2016-ci il.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026