S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyasının şagirdləri Şərqşünaslıq fakültəsinin maddi-texniki bazasl ilə tanış olub

30/11/2015

Sabunçu rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın ərəb dili müəllimləri və ərəb dilini öyrənən yuxarı sinif şagirdləriŞərqşünaslıq fakültəsində olublar. Dəyirmi masa ətrafında keçirilən görüşdə fakültə dekanı, professor Elxan Əzizov qonaqları salamlayıb, onlara Şərqşünaslıq fakültəsinin yaranması, tarixi keçmişi və bugünki fəaliyyəti barədə geniş məlumat verib. Şərq ölkələri üzrə regionşünaslıq ixtisasının real imkan və perspektivi, ixtisasa dair tədris olunan fənlər, Şərq dilləri və ədəbiyyatının öyrənilməsi və tədqiqi haqqında danışıb.

Daha sonra S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllim və şagirdləri fakültənin maddi-texniki bazası, kitabxanası ilə əyani tanış olublar. Onlar linqafon kabinetlərində, “Şərq” oxu zalında, dərs auditoriyalarında, ibri və urdu dili fənn kabinetlərində, Koreya dili və mədəniyyəti mərkəzində olub, bir sıra dil dərslərinin gedişini izləyiblər. Sonda gimnaziyanın müəllim və şagirdləri səmimi qəbula və yaradılan şəraitə görə fakültə kollektivinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2015-ci il.

Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025