S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının şagirdləri BDU-nun Şərqşünaslıq fakültəsində

28/04/2025

S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının rəhbərliyi və şagirdləri Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar. Əvvəlcə fakültədə gimnaziyanın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə əməkdaşlıq perspektivləri, məktəbdə və Şərqşünaslıq fakültəsində tədris olunan dillər nəzərə alınmaqla tədbirlərin təşkili, tədris vəsaitlərinin hazırlanması və digər mühüm məsələlər müzakirə edilib.

Görüşdən sonra fakültədə Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş “Mövlana işığında” adlı tədbir keçirilib. Fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığı haqqında təqdimat ediblər. Tədbirdə Mövlananın divanından, gimnaziya şagirdlərinin ifasında Nizami Gəncəvinin "Xəmsə"sindən şeirlər təqdim edilib.

Gimnaziyanın müəllim və şagird heyəti fars dili dərsində də iştirak edib, Şərqşünaslıq fakültəsinin kafedraları, kitabxanası ilə tanış olublar.

 

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026