Selçuk Bayraktarı təəccübləndirən BDU tələbəsi: “Onunla bir də görüşsəm, əlini sıxıb təşəkkür edəcəm”

03/06/2022

Azərbaycanda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında çıxış edən “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST niyə təşkil olunur?” sualına cavab olaraq azərbaycanlı tələbənin fikrindən sitat gətirib.

O, "Əlbəttə, dünya türkün gücünü görsün və yerini bilsin" deyə qeyd edib.

Gündəmi zəbt edən cavabın sahibi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi Züleyxa Ağaməliyeva Selçuk Bayraktarla necə həmsöhbət olduğunu, keçirdiyi hissləri bölüşüb:

- Selçuk Bayraktarla qarşılaşma anınız necə oldu? Onunla söhbətinizi necə xatırlayırsız?

- Media könüllüsü kimi mayın 26-da festivala mən də qatıldım. Orada Selçuk Bayraktarla qarşılaşdım. Yaxınlaşıb şəkil çəkdirmək üçün icazə istədim. O da nəzakətlə razı oldu. Bir neçə dəqiqə söhbət etdik. Sonda o, anidən mənə “Səncə, TEKNOFEST niyə təşkil olunur?” sualını ünvanladı. Mən də cavabında "Əlbəttə, dünya türkün gücünü görsün və yerini bilsin" dedim, o isə məni alqışlayaraq təşəkkür etdi.

- Bu festival sizin üçün başqa nələri ifadə edir?

- Düşünürəm ki, festivalın keçirilməsi ölkəmiz, əsas da gənclər üçün qürur mənbəyidir. Onlar burada yeni texnologiyalarla tanış oldular və maarifləndilər. Milli texnologiyaların təbliği çox böyük addımdır. Həqiqətən də möhtəşəm bir təşəbbüsdür.

- Selçuk bəyin nitqi zamanı sizin sözlərinizi vurğulamasını ilk eşitdiyiniz zaman təəssüratlarınız necə oldu?

- Selçuk Bayraktarın çıxışında sözlərimi vurğulaması məndə qürur hissi oyatdı. Həmin an tutulub qaldım, gözlərim doldu... Düşünürəm ki, gənclərin səsi həmişə dinlənilməlidir. Mənim səsimi duyduğu və öz nitqində bunu xüsusi olaraq vurğuladığı üçün Selcuk bəyə öz dərin təşəkkürlərimi bildirirəm. Gələcəkdə Selçuk Bayraktarla bir də görüşmək imkanı əldə etsəm, şəxsən əlini sıxıb, təşəkkür edəcəm.

- Dostlarınız və yaxınlarınızın reaksiyası necə oldu?

-Dostlarım, yaxınlarım ən azı mənim qədər qürur hissi keçirdilər. Hətta Selçuk bəyin nitqini paylaşaraq mənimlə qürur duyduqlarını, sevinclərini bölüşdülər. Əlbəttə ki, bu da mənə çox yaxşı təsir etdi.

https://ednews.net/az/news/interview/521741-selcuk-bayraktari-teeccublendiren-telebe-qiz

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024