Səfir Saber Abdelkader Mansur BDU-da olub

03/12/2010

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Saber Abdelkader Mansur və Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Adel Abdel-Fattah Darvişi qəbul edib.BDU haqqında qonağa ətraflı məlumat verən rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycanın ən nüfuzlu və qədim universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirən səfir Saber Abdelkader Mansur 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2007-ci ildə isə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına səfərlərini xatırladıb. Prezident Hüsnü Mübarəkin Azərbaycana verdiyi önəmi xüsusilə qeyd edən səfir bildirib ki, bu münasibətlər xalqlar arasında dostluq və qardaşlığın bariz nümunəsidir. Misir və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni münasibətlərə toxunan Abdelkader Mansur Bakı Dövlət Universiteti ilə Misir universitetlərinin əlaqələrinin daha da genişləndirilməsində, universitetdə təhsil alan misirli magistr və aspirantların sayının artırılmasında maraqlı olduqlarını bildirib.

Rektor Abel Məhərrəmov isə deyib ki, Misirin Qahirə, Əş-Şəms və Sühaq universitetləri ilə əməkdaşlıq müqaviləsi var və həmin müqavilələri yeniləmək, daha səmərəli və işlək etmək lazımdır. Riyaziyyat, kimya və ərəb dili üzrə ikili diplomların verilməsini təklif edən akademik Abel Məhərrəmov misirli tələbələrin təkcə magistr və aspirantura pilləsində deyil, həm də bakalavr pilləsinin ingilis dili qruplarında oxumalarının, bu amilin isə gələcək fəaliyyətlərində əhəmiyyətli olacağının vacibliyinə toxunub.

Rektorun fikirlərini yüksək qiymətləndirən, bütün fikirləri ilə həmrəy olan səfir BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını, tələbə mübadiləsi etməyə, ikili diplomların verilməsinə məmnuniyyətlə razı və hazır olduqlarını bildirib. Sonda qərara alınıb ki, razılaşdırılmış məqamları əks etdirən sənəd hazırlansın və tərəflərə təqdim edilsin.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024