Sənaye riyaziyyatı haqqında BDU-HİT birgə elmi seminarı

03/05/2023

Bakı Dövlət Universiteti (BDU) və İsrailin tanınmış universitetlərindən olan Holon Texnologiya İnstitutunun (HİT) Sənaye riyaziyyatı haqqında birgə elmi seminarı keçirilib.
Seminarı giriş nitqi ilə açan rektor Elçin Babayev Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, artıq iki universitet arasında ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi olub. Birgə əməkdaşlıq müxtəlif istiqamətlər üzrə bundan sonra da davam edəcək.
Daha sonra HİT-nin prezidenti Eduard Yakubovun nitqi dinlənilib. Seminarda maraqlı və mühüm məruzələrdən biri də HolonTexnologiyalar İnstitutunun icra komitəsinin sədri, Sənaye Riyaziyyatı İnstitutunun təsisçisi və rəhbəri,  professor Adir Pridorun məruzəsi olub. Məruzəçi “Tətbiqi riyaziyyat və müasirləşmə” mövzusunda BDU-nun tələbə və gənc tədqiqatçılarına geniş mühazirə oxuyub.
Sonra seminarda təqdim olunan mövzular ətrafında maraqlı müzakirələr aparılıb və tələbələr tərəfindən verilən suallar cavablandırılıb.

Xəbərlər

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
19/11/2026