Son 3 ildə BDU-nun rektoruna tələbələrdən birbaşa 11035 müraciət daxil olub

09/03/2022

Son illər Bakı Dövlət Universitetində (BDU) tədrisin təşkili və təkmilləşdirilməsi üçün tələbələrin yeni ideya, təklif, layihələrinin öyrənilməsinə, həmçinin irad və şikayətlərinin araşdırılmasına xüsusi fikir verilir.

Universitetin əsas binasında bilavasitə BDU-nun rektoru Elçin Babayevin nəzarət etdiyi “Tələbə müraciətləri qutusu” qoyulub, eyni zamanda Universitetin bsu.edu.az rəsmi saytında “Tələbədən rektora” elektron müraciət bölməsi açılıb.

“Tələbə müraciətləri qutusu” və “Tələbədən rektora” müraciət bölməsi vasitəsilə bu günədək BDU-nun rektoru Elçin Babayevə 11035 müraciət daxil olub.

Rektora birbaşa olaraq 2019-cu ildə 2098, 2020-ci ildə 3392, 2021-ci ildə isə 4757 müraciət olub. Bu ilin iki ayı ərzində BDU-nun rektoruna 788 tələbə müraciət edib.

Daxil olan müraciətlər daha çox təhsil haqlarının ödənilməsinə möhlətin verilməsi, yataqxana təminatı, yenidən təhsilə bərpa, aztəminatlı tələbələrə kömək, eləcə də yeni ixtisasların açılması, ikili diplom və mübadilə proqramlarının artırılması, layihələrinin dəstəklənməsi və s. ilə bağlı xahiş və təkliflər olub.

Tələbələrin hər bir müraciəti fərdi qaydada qeydə alınıb, öyrənilib, aidiyyəti üzrə tədbirlər görülüb.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026