Sosial elmlər və psixologiya fakültəsində elmi seminarlara start verilib

20/12/2017

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrası tərəfindən silsilə elmi seminarlar təşkil edilir. Seminar zamanı psixologiyanın nəzəri və tətbiqi məsələlərinə aid təqdimatlarla hazırlanan məruzələr dinlənilir, onların müzakirəsi aparılır.

Elmi seminarlarda psixologiyada şəxsiyyət nəzəriyyələri: yanaşmalar, ideya və baxışlar, uşaqların diaqnostikasında DENVER II testinin tətbiqi: praktik tövsiyyələr, aparılma texnikası, nəticələrin şərhi, 0-6 yaşlı uşaqların şəxsiyyət və idrak proseslərinin inkişafı, J.Piajenin yaş dövürlərinə uyğun koqnitiv proseslərin inkişaf nəzəriyyəsi, psixoloji məsləhətin təşkilati məsələləri, psixoloji məsləhət zamanı effektiv kommunikasiya üsulları, 7-12 yaşlı uşaqların şəxsiyyət və idrak proseslərinin inkişafı, psixi inkişafdan qalma və erkən uşaq autizminin ümumi səciyyəsi, xüsusi yanaşmanın, pəhrizin xüsusiyyətləri kimi mövzular təqdim edilir.

Elmi seminarda iştirak etmək istəyənlər BDU-nun Psixologiya kafedrasına (II korpus, otaq 201) müraciət edə bilərlər.

Əlaqə vasitələri:

Tel: (012)5390112, (050)3361411

e-mail: sepp@mail.ru

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026