Sosial elmlər və psixologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

15/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Microsoft Teams platforması üzərindən fakültənin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutub.

Onlayn tədbiri giriş sözü ilə açan fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İranə Məmmədli müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının tanınmış lideri, Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı və istedadı ilə fərqləndiyini, hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

Tədbir fakültə tələbələrinin Ümummilli Lider Heydər Əliyev haqqında çıxışları ilə davam edib. Çıxışlarda hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğu və Ümummilli Lider Heydər Əliyevin Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyası, dahi şəxsiyyətin vətənin müstəqilliyi və inkişafında göstərdiyi layiqli xidmətlər nəticəsində həmişə xalqın və tarixin yaddaşında əbədi yer tutduğu qeyd edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə başa çatıb.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024