Sosial Xidmətlər Agentliyinin departament müdiri BDU tələbələri ilə görüşüb

14/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyevin “Sosial iş” ixtisasında təhsil alan tələbələrlə görüşü təşkil edilib. Görüş “Himayədar ailə alternativ qayğı forması kimi” mövzusunda aparılıb.

Himayədar ailənin mahiyyəti, övladlığa götürmədən fərqi, cəmiyyətdə himayədar ailə institutunun formalaşma zərurəti və bugünkü durumu ilə bağlı məlumat verən Cavid Şahmalıyev bildirib ki, “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə və ailə mühitində inkişafına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il fevralın 15-də imzaladığı Fərman ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti uğurla icra edilir. O, həmçinin övladlığa götürmə və himayədar ailə ilə bağlı məsələlərin tənzimlənməsində sosial işçinin rolu və vəzifələri, “Gatekeeping” (himayədar ailə) mexanizminin mahiyyəti ilə bağlı tələbələri məlumatlandırıb.

Görüş mövzu ətrafında müzakirələr ilə interaktiv formatda davam edib.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026