İspaniya nümayəndə heyəti BDU-da

14/04/2025

Bakı Dövlət Universitetində (BDU) İspaniya universitetlərinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia, Təhsil proqramları şöbəsinin müdiri Gilberto Terente, İspaniya krallığının Elm, İnnovasiya və Universitetlər Nazirliyinin nümayəndəsi xanım Ana Kornejo Roman və Jaen Universitetinin (University of Jaén) beynəlmiləlləşmə üzrə transversal katibliyinin direktoru Carmen Conti-Jimenez  iştirak ediblər.

Qonaqları salamlayan prorektor Şahin Pənahov BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Son illər Universitetin nüfuzlu dünya reytinqlərində, elmi tədqiqatlar istiqamətində uğurlarından söz açıb. BDU-nun dünyanın tanınmış elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsinə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirdiyini, bu məqsədlə də İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Qonaqlar İspaniya universitetlərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb, birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüşdə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi, elmi konfransların təşkili, tələbə mübadiləsi kimi məsələlər müzakirə olunub.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026