İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru BDU-da elmi seminar keçib

30/05/2024

Bakı Dövlət Universitetində (BDU) İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzi və Bask Universitetinin professoru Yevgeniy Vladimiroviç Çulkovun “Maqnit topoloji izolyatorların fizikası və materialşünaslığında son nailiyyətlər” (“Recent advances in physics and materials science of magnetic topological insulators”) mövzusunda seminarı keçirilib.
O, əvvəlcə təbii surətdə alınan, laboratoriya şəraitində sintez olunan və strukturlaşdırılan 3D və 2D topoloji izolyatorları, kvant-spin Holl izolyatorları haqqında geniş məlumat verib.
Daha sonra məruzəçi kondensə olunmuş hal fizikası sahəsinin ən son nailiyyətlərindən biri olan maqnit topoloji izolyatorların müxtəlif alınma üsullarından danışıb.
O, kvant-anomal Holl faza sistemləri, antiferromaqnit topoloji izolyatorlar, güclü spin-orbital qarşılıqlı təsirə malik iki ölçülü və üç ölçülü sislemlərdə ifratkeçiricilik, həcmi materialların səthində bir hissəcikli və kollektiv həyəcanlanmalar, onların parçalanma mexanizmləri, topoloji izolyatorların elektron xassələri, kvant spin və anomal Holl effektləri haqqında məlumat verib.
Professor Yevgeniy Çulkov maqnit topoloji izolyatorların alınması, struktur analizi və tədqiqi sahəsində Azərbaycan fiziklərinin əldə etdiyi nailiyyətlərə də diqqət çəkib.
O qeyd edib ki, 2023-cü ildə “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində Çinin paytaxtı Pekində ilk dəfə Fundamental Elmlər Beynəlxalq Konqresi (International Congress of Basic Science (ICBS)) keçirilib və Azərbaycan alimlərinin bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator” adlı məqaləsi son beş ildə çap olunmuş yüksək fundamental elmi dəyərə malik olan nailiyyət və ən yaxşı tədqiqat işi kimi qiymətləndirilib, beynəlxalq mükafata layiq görülüb. Bu elmi məqalə 18 dekabr 2019-cu ildə "Nature" jurnalında nəşr olunub və ona olan istinadların sayı 1000-i keçib. Məqalənin mükafata layiq görülməsi dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.
Professor Yevgeniy Çulkov həm də Sankt-Peterburq Universitetinin Nanosistemlərin elektron və spin quruluşu laboratoriyasının rəhbəri, Tomsk Dövlət  Universitetinin beynəlxalq şurasının üzvü və elmi məsləhətçisidir.

 

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024