İstanbul universitetinin doktorantı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinə mühazirə oxuyub

03/03/2021

Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin doktorantı Fazil Qasımov Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinə “Qafqaz Albaniyasının Qarabağdakı dini-mədəni mirası” mövzusunda onlayn mühazirə oxuyub. Fazil Qasımov öncə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı parlaq qələbə nəticəsində Qarabağdakı dini-mədəni abidələrimizin əsl sahiblərinə qaytarıldığını vurğulayıb. Qarabağdakı alban abidələrinin saxtalaşdırılmasında əsas rolu erməni qriqorian kilsəsinin oynadığını bildirərək qeyd edib ki, I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban (Aqvan) Katalikosluğu ləğv edilərək, Alban Apostol kilsəsinin Eçmiədzin Qriqorian kilsəsinin mülkiyyətinə verilməsindən sonra alban kilsələrində saxtalaşdırma prosesi geniş vüsət alıb. Fazil Qasımov mühazirəsində etibarlı və tərəfsiz mənbələrə, tarixi faktlara, sənəd və arxiv materiallarına istinad edərək fikirlərini əsaslandırıb.

İstanbul Universitetinin doktorantı mühazirəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci 25 noyabr tarixində xalqa müraciətində ermənilərin Dağlıq Qarabağda alban dini mirasını erməniləşdirməsi barədə söylədiyi fikirlərindən gətirdiyi - “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik.” - sitatı ilə bitirib.

Mühazirə tələbələr tərəfindən maraqla dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024