İstanbulda BDU-nun həmtəşkilatçılığı ilə ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu keçiriləcək

25/07/2023

31 iyul - 5 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) təşkil olunacaq. Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi İslam dünyası ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılması, yerli kadrların yetişdirilməsidir.  

Tədbirdə ölkəmizi təmsil edəcək BDU komandası tərəfindən hazırlanan “CANSAT1919” və “CubeSat” model peykləri də sərgilənəcək.

Havada olan qazların miqdarını, nisbətini, maqnit sahəsini və havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri eyni zamanda səmada çəkiliş edərək bütün məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərindən təmin edən “CANSAT1919” və “CubeSat” avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026