Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri BDU-da

11/02/2025

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın X-XI sinif şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər. Ziyarət çərçivəsində şagirdlər Universitetin müxtəlif bölmələri ilə tanış olublar. Onlar Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Təkamül təlimi” muzeyi, “Eko Məkan”, İdman kompleksi və laboratoriyaların fəaliyyətini yaxından izləyiblər.

Ziyarət zamanı şagirdlərə BDU-nun yaranma tarixi, elmi və tədris fəaliyyəti, beynəlxalq uğurları, ixtisasları, tanınmış məzunları haqqında ətraflı məlumat verilib. Onlar Universitetin laboratoriyalarında aparılan tədqiqat işləri, muzeylərdəki kolleksiyalar və tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün fəaliyyət göstərən müxtəlif klub və dərnəklərlə də tanış olublar.

Bu cür ekskursiyalar şagirdlərin ixtisas seçimi barədə daha məqsədyönlü qərarlar vermələrinə kömək edir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026