“Su ehtiyatlarının idarə olunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib

23/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi, “Azərsu” ASC və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Su ehtiyatlarının idarə olunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyalaı üzrə prorektoru Fərda İmanov müxtəlif amillər səbəbindən qlobal miqyasda su ehtiyatlarının getdikcə azaldığını xatırladıb. O qeyd edib ki, əhali artımı, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsi nəticəsində suya tələbat artır. Yağıntıların azalması və su hövzələrinin çirkləndirilməsi su çatışmazlığı təhlükəsini artırır. F. İmanov vurğulayıb ki, ölkədə şirin su ehtiyatları məhdud olmaqla yanaşı, qeyri-bərabər paylanıb. Azərbaycanın yerüstü su ehtiyatlarının 67 faizi ölkə hüdudlarından kənarda formalaşır və respublika ərazisinə çirklənmiş halda daxil olur. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün şirin su ehtiyatları qorunmalı, sudan qənaətlə, səmərəli istifadə olunmalıdır.

Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova çıxışında bildirib ki, respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatı 9 milyard kubmetrdir. Hazırda bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin olunsa da, istismar olunan ehtiyatın 80 faizi suvarma və texniki məqsədlər üçün istifadə edilir.

“Azərsu” ASC-nin aparıcı mühəndisi Günay Məmmədli isə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü  ilə əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Tədbirdə su ehtiyatları, sudan səmərəli və qənaətli istifadə, bu sahədə gənclərin fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Yusif Cəfərbəylinin ifası ilə yekunlaşıb.

Xəbərlər

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2025

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
31/03/2025

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
31/03/2025