SUFOLK universitetinin nümayəndə heyəti BDU-da olub

17/04/2012

17 aprel 2012-ci il tarixində İngiltərənin SUFOLK universitetinin nümayəndə heyəti BDU-da səfərdə olub. Görüşdə SUFOLK universitetinin İncəsənət və humanitar elmlər məktəbinin rəhbəri Chrissie Harrington və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Bela Məmmədova, BDU-dan isə Beynəlxalq Əlaqələr və Əməkdaşlıq üzrə prorektor Şəlalə Məmmədova, Beynəlxalq Proqramlar şöbəsinin müdiri Təranə Mahmudova, Beynəlxalq Proqramlar şöbəsinin baş mütəxəssisi Elmira İsmayılova və Lalə Kərimova iştirak ediblər. Görüşdə universitetlər arasında əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, birgə layihələrin hazırlanması və s. məsələlər müzakirə olunub. İncəsənət və humanitar elmlər məktəbinin rəhbəri Chrissie Harrington oktyabr ayında Bakıya səfər edəcək və həmin müddətdə BDU-da mühazirə ilə çıxış edəcək.

Elmira İsmayılova,

Beynəlxalq Proqramlar şöbəsinin mütəxəssisi


Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026