İsveçrəli səfir BDU-nun Tarix fakültəsində olub

20/11/2017

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder Bakı Dövlət Universitetinin Tarix fakültəsində olub. Dekan, dosent Azad Rzayev qonağa BDU-nun beynəlxalq əlaqələri, o cümlədən fakültənin tarixi və bu günü barədə ətraflı məlumat verib. Dekan Tarix fakültəsinin tələbələri ilə isveçrəli slavyanşünas Lorenzo Amberqin noyabrın sonunda keçiriləcək görüşü barədə də danışıb. Səfir, öz növbəsində, Tarix fakültəsində olmağından məmnunluğunu ifadə edib, elm-təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətindən bəhs edib. Sonda qonaq Tarix fakültəsinin auditoriyalarında olub, tələbələrlə görüşüb.

Mətbuat və informasiya şöbəsi, 20 noyabr 2017-ci il

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026