İsveçrənin ThermoFischer Scientific şirkətinin nümayəndələri BDU-da

05/03/2014

Bu gün Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov İsveçrənin ThermoFischer Scientific şirkətinin nümayəndələrini qəbul edib. Görüşdə ThermoFischer Scientific şirkətinin satış şöbəsinin MDB ölkələri üzrə rəhbəri Piter Bellont, şirkətin MDB ölkələri üzrə distrubitoru, Termo Texno təşkilatının “Elm və Təhsil” üzrə rəhbəri Nikolay Perekopayk, analitik cihazların satışı üzrə menenceri Roman Qunberq iştirak edib. Rektor Abel Məhərrəmov BDU-da elmi tədqiqat işlərinin aparılmasından, uğurlu nəticələr əldə etmək məqsədilə ən müasir cihazların alınmasından və bu sahədə qazanılan nailiyyətlərdən danışıb. Şirkət nümayəndələri universitetdə elmi-tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsindən, burada olmaqdan məmnunluqlarını ifadə ediblər. Sonda ThermoFischer Scientific şirkətində istehsal edilən analitik cihazların Bakı Dövlət Universitetinə alınması barədə razılıq əldə edilib. Qonaqlar cihazların texniki imkanları barədə nanoaraşdırmalar laboratoriyasında məruzə ediblər. Görüşdə Kimya fakültəsinin dekanı, professor Abdulsayid Əzimov və Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 05 mart 2014-cü il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026