“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabının təqdimatı keçirilib

10/10/2018

“İki sahil” qəzetinin baş redaktoru, dosent Vüqar Rəhimzadənin BDU-nun Jurnalistika fakültəsində “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabının təqdimatı keçirilib. Tədbirin moderatoru Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli qonağı salamlayaraq, Vüqar Rəhimzadənin müəllifi olduğu “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabı barədə qısa məlumat verib.

Daha sonra çıxış edən müəllif, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) roluna diqqət çəkərək vurğulayıb ki, monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir, mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası - internetdə ifadə azadlığına müasir baxış sərgilənir.

Tədbirdə iştirak edən qonaqlar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli,  “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxışlarında kitabın əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndiriblər və bu kimi tədbirləri təşkil etdiyi üçün universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışaraq qonaqlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçilər siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı və siyasi elmlər doktoru, BDU-nun professoru Hikmət Məmmədovdur. Kitabda nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında Ümummili lider Heydər Əliyevin rolundan, tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin bəhs edilir və mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.

Tədbirin sonunda Vüqar Rəhimzadə müəllifi olduğu “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” kitabını tələbələrə hədiyyə edib.

Mətbuat və informasiya şöbəsi, 10 oktybar 2018-ci il.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024